Gürcüstanla sərhəddə yerləşən Candargöl su anbarından birgə istifadə məsələləri müzakirə edilib

Tokio, 10 mart , /AJMEDIA/

“Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin sədr müavini Zakir Quliyevin rəhbərliyi ilə cəmiyyətin nümayəndələri Gürcüstanda səfərdə olublar. Səfər “Gürcüstan Meliorasiya” Məhdud Məsuliyyətli Cəmiyyətinin dəvəti ilə reallaşıb.
AJMEDIA xəbər verir ki, səfər çərçivəsində Azərbaycan Respublikası ilə sərhəddə yerləşən Candargöl su anbarından 2023-cü ildə birlikdə istifadə məsələləri müzakirə edilib, bununla bağlı müqavilə imzalanıb.
Həmçinin səfər zamanı Qardabani suvarma sistemlərinə də baxış olub.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts