“Günay Bank”ın kompensasiyalarının ödənilməsinə nə vaxt başlanacaq?

Tokio, 27 may , /AJMEDIA/

Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının qərarı ilə “Günay Bank” ASC müflis elan edilib və Əmanətlərin Sığortalanması Fondu adıçəkilən bankın ləğvedicisi təyin olunub.
Fonddan AJMEDIA-ya bildirilib ki, kompensasiyaların ödənilməsi iyunun 19-dan başlayaraq həyata keçiriləcək. “Əmanətlərin sığoratalanması haqqında” Azərbaycan Respublikası Qanununun 28.3-cü maddəsinə əsasən, Əmanətlərin Sığortalanması Fondu əmanətçilərin ərizələrini kompensasiya ödənişi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq bir il ərzində qəbul edir. Kompensasiyaların ödənilməsi üçün sənəd qəbulunun yeri barədə əlavə məlumat veriləcək.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts