Güləşçimiz Ruslan Nurullayev U-20 Avropa çempionatının finalına yüksəlib

Tokio, 27 iyun , /AJMEDIA/

İspaniyanın Santyaqo de Kompostela şəhərində güləş üzrə U-20 Avropa çempionatı davam edir.
AJMEDIA xəbər verir ki, yarışın ikinci günündə – iyunun 27-də 60, 67, 72, 82 və 97 kiloqram çəki dərəcələrində yunan-Roma güləşçiləri mübarizəyə qoşulublar.
İlkin Qurbanov (60 kq) Bolqarıstan təmsilçisi Qrişa Nazaryana (6:1) və isveçli Erik Qameliusa (10:1) qalib gələrək yarımfinala yüksəlib. Lakin idmançımız yarımfinalda gürcüstanlı Anri Xozrevanidzeyə minimal fərqlə məğlub olub – 2:3. Təmsilçimiz bürünc medal uğrunda xalça üzərinə çıxacaq.
Çempionatda 67 kiloqram çəki dərəcəsində çıxış edən Kənan Abdullazadə macarıstanlı Şolt Takaçı (6:0) və isveçrəli Frits Reberi (8:0) məğlub edərək yarımfinala adlayıb. K.Abdullazadə də yarımfinalda gürcüstanlı Nika Broladzeyə uduzub. İdmançımız üçüncü yer uğrunda mübarizə aparacaq.
Ruslan Nurullayev (72 kq) almaniyalı Aaron Bellşeydit (4:1) və isveçli Karl Baffı (8:1) mübarizədən kənarlaşdıraraq adını yarımfinala yazdırıb. R.Nurullayev yarımfinalda ukraynalı İrfan Mirzoyevlə gərgin idman mübarizəsi şəraitində keçən görüşdən 3:1 hesablı qələbə ilə ayrılaraq finala yüksəlib.
İsmayıl Rzayev (82 kq) xorvatiyalı Antonio Lukaç (9:0) və serbiyalı Miloş Peroviçi (3:1) məğlubiyyətə uğradaraq yarımfinala vəsiqə qazanıb. İ.Rzayev yarımfinalda türk Alperen Berberə müqavimət göstərə bilməyib – 0:9. Təmsilçimiz bürünc medal uğrunda güləşəcək.
Bu çəki dərəcələrində həlledici qarşılaşmalar iyunun 28-də keçiriləcək.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts