Geologiya və Geofizika İnstitutunda rusiyalı alimin məruzəsi maraqla dinlənilib

Tokio, 16 oktyabr , /AJMEDIA/

Geologiya və Geofizika İnstitutunda (GGİ) Rusiya Təbiət Elmləri Akademiyasının həqiqi üzvü, fizika-riyaziyyat elmləri doktoru, professor Vladislav Zaalişvili ilə görüş keçirilib.
GGİ-dən AJMEDIA-ya bildirilib ki, görüş çərçivəsində “Şimali Osetiya ərazisinin seysmik təhlükəsi” mövzusunda elmi seminar reallaşıb. Tədbirdə geofizika, mühəndis seysmologiyası və seysmik dayanıqlı tikintinin fiziki əsasları, qruntların qeyri-xəttiliyi, dağıntı fizikası, ərazinin təhlükəsi və riski sahəsində görkəmli alim və ekspert Vladislav Zaalişvilinin təqdimatı maraqla dinlənilib.
Rusiyalı qonaq tədbir iştirakçılarının mövzu ilə bağlı suallarını cavablandırıb.
Elmi müəssisənin baş direktoru Akif Əlizadə tədbirin sonunda kollektiv adından Vladislav Zaalişviliyə təşəkkür edib. Həmçinin bildirib ki, qarşıdakı illərdə geoloji təhlükələrlə bağlı multidissiplinar tədqiqatların aparılması üçün GGİ ilə qarşı tərəfin regional geologiya, geodinamika, geofizika və tektonika istiqamətlərində müştərək layihələrin həyata keçirilməsi arzuolunandır.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts