Fumio Kişida Yaponiyanın hakim partiyasının sədri seçilib

Tokio, 29 Sentyabr, /AJMEDIA/

Sentyabrın 29-da Yaponiyanın sabiq xarici işlər naziri Fumio Kişida hakim Liberal Demokratik Partiyanın (LDP) sədri seçilib.

AJMEDIA xəbər verir ki, Fumia Kişida partiyanın mərkəzi qərargahında keçirilən seçkilərin ikinci turunda əsas rəqibi, inzibati islahatlar naziri Taro Konoya qalib gəlib. Seçkilərin gedişi LDP-nin saytında canlı yayımlanıb.

Seçkilərin birinci turunda F.Kişida əsas təqibi hesab edilən T.Kanonu cəmi bir səs üstələyib. Onun namizədliyi 256 bülletendə dəstəklənib. İkinci turda isə 249 deputatın səsi və LDP-nin prefektura təşkilatlarından 8 bülleten F.Kişidanın lehinə qeydə alınıb. Beləliklə onun namizədliyi 257 bülletendə dəstəklənib. T.Kono isə 131 deputatın səsini alıb və prefektura təşkilatlarından 39-u onun namizədliyini müdafiə edib. Ümumilikdə o, 170 bülleten əldə edə bilib.

Xatırladaq ki, birinci turda LDP-nin sədri vəzifəsi uğrunda dörd namizəd mübarizə aparıb: sabiq xarici işlər naziri Fumio Kişida, əvvəllər müdafiə və xarici işlər naziri olmuş, hazırda inzibati islahatlar naziri Taro Kono, sabiq daxili işlər və rabitə naziri xanım Sanaye Takaiçi və LDP-nin baş katibinin müavini, sabiq müdafiə naziri xanım Seyko Noda. Qadın namizədlərin heç biri ikinci tura adlaya bilməyib.

Yaponiya qanunvericiliyinə əsasən, parlamentdə böyük üstünlüyə malik LDP-nin sədri həm də Baş nazir vəzifəsini tutacaq. Parlamentdə hökumətin yeni başçısının seçkiləri ilə bağlı səsvermə oktyabrın 4-nə təyin olunub.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts