Formula 1 üzrə Bəhreyn Qran-Prisində mövsümə start verilib

Tokio, 29 fevral , /AJMEDIA/

Formula 1 üzrə Bəhreyn Qran-Prisinə start verilib.

AJMEDIA xəbər verir ki, yeni mövsümdə ilin ilk məşqi baş tutub. “Red Bull” komandasının avstraliyalı pilotu Daniel Rikkardo bütün rəqiblərini qabaqlayaraq finişə birinci çatıb.

İlk üçlüyü “McLaren”də çıxış edən Lando Norris və Oskar Piastri qapayıb. Üçqat dünya çempionu olan “Red Bull”un sürücüsü Maks Ferstappen isə altıncı yeri tutub.

Formula 1 üzrə Bəhreyn Qran-Prisinə martın 2-də yekun vurulacaq.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts