Federasiya prezidenti: “Rizin” döyüşünün Bakıda keçirilməsi bizim üçün tarixi məqamdır

Tokio, 5 noyabr , /AJMEDIA/

“Rizin” döyüşünün Bakıda keçirilməsi bizim üçün tarixi məqamdır.

AJMEDIA xəbər verir ki, bu sözləri “Rizin” Döyüş Federasiyasının təsisçisi və prezidenti Nobuyuki Sakakibara jurnalistlərə açıqlamasında deyib.

Turnirin ilk dəfə Yaponiyadan kənarda keçirildiyini xatırladan federasiya rəhbəri bildirib ki, “Landmark 7”nin bir sıra beynəlxalq idman yarışlarına ev sahibliyi edən paytaxt Bakıda keçirilməsinə görə çox şaddır. “Əminəm ki, azərbaycanlı idmançıların qatıldıqları turnirin onların öz vətənlərində keçirilməsi yerli azarkeşləri xüsusilə sevindirib. Burada olmaqdan çox məmnunuq və “Rizin” həvəskarlarına unudulmaz anlar yaşatdıq”, – deyə o vurğulayıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts