F1 Azərbaycan Qran-Prisi sprint yarışı zamanı pişiyi xilas edən Şarl Lekler təşəkkür alıb

Tokio, 5 may , /AJMEDIA/

Heyvanların hüquqlarının müdafiəsi təşkilatı (PETA) Formula 1 Azərbaycan Qran-Prisi sprint yarışı zamanı pişiyi xilas etdiyinə görə “Ferrari” komandasının pilotu Şarl Leklerə təşəkkür edib.
AJMEDIA bu barədə “PlanetF1” saytına istinadla xəbər verir.
Xatırladaq ki, Bakıda keçirilən sprint yarışı zamanı Lekler komanda radiosu ilə yolda pişik gördüyünü xəbər verib. Sonradan yayımlanan videoyazılarda onun bolidinin 2-ci döngənin düz qarşısında pişiklə toqquşmaqdan qaçmaq üçün yoldan döndüyü görünür.
“Heyvanlarla etik davranış tərəfdarı olan insanlar” təşkilatı Leklerə məktub göndərərək, komandasının və rəqib yoldaşlarının yolda sahibsiz pişiyin olmasına diqqətin cəlb edilməsi üzrə səylərini yüksək qiymətləndirib.
Məktubda deyilir: “Sizə təşəkkürümüzü çatdırırıq və heyvanların sizə arxalana biləcəyini bilməyimizə şadıq. Sizi ikinci mövqedə (sprint yarışında – red.) qələbə münasibətilə təbrik edirik və böyük uğurlar arzulayırıq”.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts