“Fənərbağça Beko”nun basketbolçusu Avroliqanın tarixinə düşüb

Tokio, 30 mart , /AJMEDIA/

Türkiyənin “Fənərbağça Beko” komandasının basketbolçusu Naycel Heys-Devis Avroliqanın tarixinə düşüb.

AJMEDIA xəbər verir ki, 30 yaşlı oyunçu buna turnirin qrup mərhələsinin XXXII turunda Almaniya təmsilçisi “Alba Berlin”lə görüşdə nail olub.

Komandasına 50 xal qazandıran amerikalı Avroliqada bir matçda bu göstəriciyə çatan ilk basketbolçu kimi yeni rekorda imza atıb.

Qeyd edək ki, görüş İstanbul klubunun 103:68 hesablı qələbəsi ilə yekunlaşıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts