Ermənilərin qoyub qaçdığı mövqelərdən tapılan silah-sursatın ümumi sayı açıqlanıb (FOTO)

Tokio, 4 yanvar, /AJMEDIA/

AJMEDIA xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan Trend-ə verilən məlumata görə, 2021-ci il ərzində ərazi polis orqanlarının əməkdaşları tərəfindən tərk edilən hərbi mövqelərdən 225 avtomat, 102 qumbaraatan, 68 pulemyot, 64 tank və piyada əleyhinə idarə olunan raket sistemləri, 10 minaatan qurğusu, 8 hava hücumundan müdafiə sistemləri, 721 qumbara, 129 mina, on minlərlə müxtəlif çaplı mərmi və patronlar aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

Keçirilən tədbirlərlə işğaldan azad edilən ərazilərdə yabanı halda bitən 17 tona yaxın çətənə bitkisi yandırılaraq məhv edilib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts