Dünya çempionatı: Taekvondoçumuz Xanoğlan Kərimovun ilk rəqibi müəyyənləşib

Tokio, 31 may , /AJMEDIA/

Azərbaycan taekvondoçusu Xanoğlan Kərimovun (63 kq) Bakıda keçirilən dünya çempionatındakı ilk rəqibi müəyyənləşib.
AJMEDIA xəbər verir ki, çempionatın dördüncü günündə – iyunun 1-də dayanq üzərinə çıxacaq taekvondoçumuz portuqaliyalı Alfredo Martinslə qarşılaşacaq. Döyüş 1/64 final mərhələsinə təsadüf edəcək.
Həmin gün, həmçinin, qadın taekvondoçular 73 kiloqramdan yuxarı çəki dərəcəsində mübarizə aparacaqlar.
Qeyd edək ki, Ulu Öndər Heydər Əliyevin 100 və Dünya Taekvondo Federasiyasının 50 illiyinə təsadüf edən çempionat “Öz gücünü alovlandır” şüarı altında təşkil olunub. İyunun 4-dək davam edəcək 26-cı dünya çempionatında 145 ölkədən 949 taekvondoçu 16 çəki dərəcəsində mübarizəyə qoşulub.
Dünya çempionu olacaq idmançı aktivinə 140 reytinq xalı əlavə edəcək.
Çempionatda ümumilikdə 150-dən çox ölkədən 2000-ə yaxın qonaq iştirak edir. Bu münasibətlə çempionat çərçivəsində silsilə tədbirlər keçirilir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts