Dünya çempionatı: Taekvondoçularımız mübarizəni dayandırıblar

Tokio, 31 may , /AJMEDIA/

Taekvondoçularımız Bakıda keçirilən dünya çempionatının üçüncü günündə mübarizəni dayandırıblar.
AJMEDIA xəbər verir ki, millimizin üzvləri səkkizdəbir final mərhələsində məğlub olublar. Belə ki, Taleh Süleymanov (87 kq) ABŞ taekvondoçusu Miçael Rodriqezə, Əliəskər Əliyev (80 kq) kolumbiyalı Migel Trejos Salasa və Patimat Abakarova (49 kq) isə Qazaxıstan idmançısı Botakoz Kapanovaya uduzublar.
Qeyd edək ki, Ulu Öndər Heydər Əliyevin 100 və Dünya Taekvondo Federasiyasının 50 illiyinə təsadüf edən çempionat “Öz gücünü alovlandır” şüarı altında təşkil olunub. İyunun 4-dək davam edəcək 26-cı dünya çempionatında 145 ölkədən 949 taekvondoçu 16 çəki dərəcəsində mübarizəyə qoşulub.
Dünya çempionu olacaq idmançı aktivinə 140 reytinq xalı əlavə edəcək.
Çempionatda ümumilikdə 150-dən çox ölkədən 2000-ə yaxın qonaq iştirak edir. Bu münasibətlə çempionat çərçivəsində silsilə tədbirlər keçirilir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts