Dünya çempionatı: Azərbaycanın minifutbol yığmasını 1/8 finala çıxaran qələbə

Tokio, 30 oktyabr , /AJMEDIA/

Minifutbol üzrə Azərbaycan milli komandası Birləşmiş Ərəb Əmirliklərində təşkil olunan dünya çempionatında 1/8 finala vəsiqə qazanıb.

AJMEDIA xəbər verir ki, yığma bun G qrupundakı ikinci oyununda son Afrika çempionu Misirə 4:1 hesabı ilə qalib gəlməklə nail olub.

Rəvan Kərimovun dubl etdiyi, Seymur Məmmədov və Təmkin Xəlilzadənin hərəyə bir dəfə fərqləndiyi matçda 4:1 hesablı qələbə qazanan kollektiv qrup həm qrup liderliyini, həm də növbəti mərhələyə vəsiqəni təmin edib.

Bu səbəbdən qrup mərhələsində Küveytlə son qarşılaşma formal xarakter daşıyacaq.

Qeyd edək ki, oktyabrın 31-də keçiriləcək Azərbaycan – Küveyt matçı Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts