Dubayda yeniyetmə və gənclər arasında qılıncoynatma üzrə dünya birinciliyi davam edir

Tokio, 9 aprel , /AJMEDIA/

Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində yeniyetmə və gənclərin dünya birinciliyində qılıncoynatmanın şpaqa növü üzrə yarışlar davam edir.

Azərbaycan Qılıncoynatma Federasiyasının mətbuat xidmətindən AJMEDIA-ya bildiriblər ki, aprelin 9-da yeniyetmə qız şpaqaçıların şəxsi yarışında qaliblər müəyyənləşib.

Təmsilçilərimizdən Aynur Quliyeva (4 qələbə), Xədicə Həsənli (4 qələbə) və Nazilə Rəhimova (4 qələbə) qrup mərhələsini uğurla adlayaraq pley-offa yüksəliblər.

Yeniyetmə qız şpaqaçılarımız 32-liyə yüksəlmək uğrunda keçirilən görüşlərdə uduzublar. Belə ki, N.Rəhimova İtaliya təmsilçisi Alleqra Kristofolettoya (12:15), A.Quliyeva ukraynalı Emili Konrada (8:15), X.Həsənli isə Bolqarıstan idmançısı Mixaela Stefanovaya (6:15) məğlub olublar.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts