Dövlət Proqramı çərçivəsində xarici ali təhsil müəssisələrində təhsilin maliyyələşdirilməsi qaydası təsdiqlənib

Tokio, 3 iyun , /AJMEDIA/

“Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində xarici ali təhsil müəssisələrində təhsilin maliyyələşdirilməsi qaydası təsdiqlənib.
AJMEDIA xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov Nazirlər Kabinetinin müvafiq qərarını imzalayıb.
Qərara əsasən, Dövlət Proqramı çərçivəsində xarici ali təhsil müəssisələrində bakalavriat və magistratura səviyyələri üzrə təhsili maliyyələşdirilən Azərbaycan Respublikasının vətəndaşı olan gənclərin (bundan sonra – proqram iştirakçıları) seçimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi seçim meyarları və prosedurları əsasında həyata keçirilir. Proqram iştirakçılarının xarici ölkələrin ali təhsil müəssisələrində bakalavriat və magistratura səviyyəsi üzrə təhsili Azərbaycan Respublikası Dövlət Neft Fondunun vəsaiti, beynəlxalq təşkilatların texniki və maliyyə yardımları, kredit və qrantlar, mülkiyyət formasından asılı olmayaraq xarici və yerli hüquqi şəxslərin, habelə fiziki şəxslərin hesabına bu Qayda ilə müəyyən edilmiş hallarda və qaydada maliyyələşdirilir. Proqram iştirakçılarının təhsilinin maliyyələşdirilməsi məzun olduqdan sonra ölkəyə qayıdaraq 5 (beş) il müddətinə əmək fəaliyyəti ilə məşğul olmaq şərtilə həyata keçirilir.
Azərbaycan Respublikasının Təhsil Nazirliyi və proqram iştirakçısı arasında bağlanılan müqavilə əsasında həyata keçirilir. Müqavilənin forması nazirlik tərəfindən müəyyən edilir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts