Dövlət orqanlarında vakant vəzifələr üzrə müsahibələr davam edir

Tokio, 2 iyun , /AJMEDIA/

On üç dövlət orqanında mövcud olan 47 vakant vəzifə üzrə mayın 26-dan başlanan ümumi müsahibələr davam edir.
Dövlət İmtahan Mərkəzindən AJMEDIA-ya bildirilib ki, elana çıxarılan vəzifələr üzrə 202 nəfər qeydiyyatdan keçib. Bu gün saat 10:15-dək olan məlumata görə, 9 namizəd müsahibələrdə uğur qazanaraq dövlət orqanlarında müxtəlif vəzifələrə uyğun bilinib.
Müsahibələrin iyunun 16-dək keçirilməsi planlaşdırılır.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts