DİM yoxlama materiallarının ekspertizası üçün mütəxəssisləri əməkdaşlığa dəvət edir

Tokio, 2 dekabr , /AJMEDIA/

Dövlət İmtahan Mərkəzi (DİM) xarici dillər üzrə ümumi (9 illik) orta və tam (11 illik) orta təhsil səviyyələri üzrə yoxlama-ölçmə materiallarının hazırlanması və ekspertizası üçün xarici dil və Azərbaycan dili (dövlət dili kimi) üzrə mütəxəssisləri əməkdaşlığa dəvət edir.
DİM-dən AJMEDIA-ya bildirilib ki, maraqlanan şəxslər xarici dil üzrə fənn kurikulumunu bilməli, orta məktəb dərs vəsaitləri ilə dərindən tanış olmalı və dil biliyinin qiymətləndirilməsində istifadə olunan dillər üzrə ümum-Avropa çərçivə sənədindən (CEFR) xəbərdar olmalıdırlar.
Dil bacarığını göstərən beynəlxalq sertifikatın (IELTS, TOEFL, APTIS, Cambridge English Qualifications, Delf, Dalf, TesDaf, Telc Deutsch, Goethe-Institut, ТРКИ) olması arzuolunandır. Müraciət etmək istəyən mütəxəssislərin “CV” və müvafiq xarici dil üzrə sertifikatı [email protected]. ünvanına göndərmələri xahiş olunur.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts