DİM SAT imtahanı iştirakçılarına müraciət edib

Tokio, 4 may , /AJMEDIA/

Mayın 7-də Dövlət İmtahan Mərkəzinin (DİM) Nəsimi rayonu, Həsən Əliyev küçəsi, 299 ünvanında yerləşən inzibati binasında SAT imtahanı təşkil olunacaq.
Bu barədə AJMEDIA-ya DİM-dən məlumat verilib. İmtahan verəcək şəxslər saat 07:30-dan gec olmayaraq aşağıda qeyd edilən sənədlərlə birlikdə imtahan binasında olmalıdırlar:
1. Şəkilli şəxsiyyət vəsiqəsi və ya xarici pasport;
2. Buraxılış vərəqəsi – “Admission Ticket”;
Sənədlərdən biri olmadıqda və ya sənədlər arasında uyğunsuzluq olduqda iştirakçı test mərkəzinə buraxılmır.
SAT imtahanları haqqında daha ətraflı məlumat DİM-in saytında yerləşdirilib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts