Diaspor Gənclərinin II Görüşü layihəsi keçiriləcək

Tokio, 3 sentyabr, /AJMEDIA/

Gənc Azərbaycanlılar Dərnəyinin təşkilatçılığı və Azərbaycan Diasporuna Dəstək Fondunun maliyyə dəstəyi ilə 24-27 sentyabr 2021-ci il tarixlərində Türkiyənin Ankara şəhərində Diaspor Gənclərinin II Görüşü layihəsi həyata keçiriləcək.
AJMEDİA Azərbaycan Diasporuna Dəstək Fonduna istinadla xəbər verir ki, dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlı gənclər yeni bir mərhələyə qədəm qoyan Azərbaycan diasporunun pandemiya və Vətən müharibəsi dövründə nümayiş etdirdiyi birlik və həmrəyliyi qoruyub saxlamağa çalışmaq, döyüş meydanında qazandığımız qələbəni diplomatiya və diaspor, lobbiçilik sahəsindəki uğurlu fəaliyyətimizlə daha da möhkəmləndirmək və yeni fəaliyyət proqramlarının icrasının müzakirəsi məqsədilə vahid platforma ətrafında yenidən bir araya gətiriləcəklər. Layihə Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsinin otuzuncu ildönümü və xalqımızın şanlı qələbəsi ilə nəticələnən Vətən müharibəsinin birinci ildönümünə həsr olunur.
Layihə çərçivəsində lobbi quruculuğu istiqamətində fəaliyyətimizin artırılması, azərbaycanlı gənclərin yaşadığı ölkələrdə uğur qazanmasına dəstək göstərilməsi, liderlərin yetişdirilməsi, akademik fəaliyyətin genişləndirilməsi, xarici media ilə əlaqələrin gücləndirilməsi və s. istiqamətli mövzuların müzakirə ediləcəyi panellərin təşkil olunması nəzərdə tutulub.
Xaricdə yaşayan 18-30 yaş aralığında fəal diaspor nümayəndələri layihədə iştirak etmək üçün cari il sentyabrın 5-dək https://diaspora.foundation/qeydiyyat keçidi vasitəsilə qeydiyyatdan keçərək müraciətlərini ünvanlaya bilərlər.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts