Cüdo üzrə yeniyetmələr arasında dünya çempionatında iştirak edəcək millimizin heyəti məlum olub

Tokio, 12 avqust , /AJMEDIA/

Avqustun 23-də Xorvatiyanın paytaxtı Zaqrebdə start götürəcək cüdo üzrə yeniyetmələr arasında dünya çempionatına qatılacaq Azərbaycan millisinin heyəti bəlli olub.
AJMEDIA Beynəlxalq Cüdo Federasiyasının rəsmi saytına istinadla xəbər verir ki, yığma 4 gün davam edəcək yarışda 15 idmançı ilə təmsil olunacaq.
Oğlanların mübarizəsində Məhəmməd Məmişov, Nihad Məmişov (hər ikisi 50 kq), Ayxan Mirzəzadə, Mirxaliq İskəndərov (hər ikisi 55 kq), Məhəmməd Musayev (60 kq), Abil Yusubov, Cəsur İbadlı (hər ikisi 66 kq), Süleyman Şükürov (73 kq), Aslan Kotsoyev (90 kq) və Ramazan Əhmədov (+90 kq) qüvvəsini sınayacaq.
Qızlardan isə Nigar Məmişova (40 kq), Məryəm Bayramzadə (44 kq), Vüsalə Hacıyeva (48 kq), Xədicə Qədəşova (53 kq) və Kamilla Toxoliyeva (66 kq) tatami üzərinə çıxacaq

Follow us on social

Facebook Twitter Youtube

Related Posts