Cüdo üzrə yeniyetmə oğlanlar arasında “Təhsil” Respublika İdman Mərkəzinin respublika birinciliyi keçirilib

Tokio, 1 aprel , /AJMEDIA/

Cüdo üzrə 15 yaşadək (U-15) yeniyetmə oğlanlar arasında “Təhsil” Respublika İdman Mərkəzinin respublika birinciliyi keçirilib.

AJMEDIA xəbər verir ki, Beynəlxalq Cüdo Federasiyasının qaydaları əsasında 2008-2009-cu il təvəllüdlü yeniyetmə oğlanlar arasında təşkil olunan yarışa uşaq-gənclər idman-şahmat məktəblərindən 13 komanda olmaqla, 182 nəfər idmançı qatılıb. İki gün davam edən yarışın nəticəsinə əsasən, 10 çəki dərəcəsi üzrə mükafatçılar müəyyənləşdirilib.

Ümumi komanda hesabında Gəncə şəhər 1 nömrəli Uşaq-Gənclər İdman-Şahmat Məktəbi birinci yeri tutub. İkinci yerdə 10 nömrəli Uşaq-Gənclər İdman Məktəbi, üçüncü sırada isə 1 nömrəli İdman Liseyi qərarlaşıblar.

Qaliblər “Təhsil” Respublika İdman Mərkəzi tərəfindən diplom və medalla təltif olunublar.

Qeyd edək ki, yarışın keçirilməsində məqsəd cüdonun təbliği və inkişaf etdirilməsi, ümidverici idmançıların aşkarlanması, onların yarış təcrübələrinin artırılması, Mərkəzin kiçik yaşlı yeniyetmələrdən ibarət yığma komandasının tərkibinin müəyyənləşdirilməsidir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts