“Çelsi” avrokuboklar tarixində Madriddə “Real”a 3 qol vuran ikinci İngiltərə komandasıdır

Tokio, 13 aprel , /AJMEDIA/

UEFA Çempionlar Liqasının dörddəbir final mərhələsinin cavab oyununda “Real Madrid”in qonağı olan “Çelsi” səfərdə 3:2 hesabı ilə qalib gəlib.

AJMEDIA xəbər verir ki, London təmsilçisi avrokuboklar tarixində Madriddə “Kral klubu”na 3 qol vuran ikinci İngiltərə komandasıdır.

Bunadək yalnız bir dəfə İngiltərə təmsilçisi İspaniya paytaxtında 3 qol vurub. Belə ki, 1968-ci ilin mayında “Mançester Yunayted” Madriddə 3:3 hesablı heç-heçəyə nail olub. Çempionlar kubokunda yarımfinalın cavab oyunundakı bu nəticə ingiltərəliləri finala daşıyıb.

Qeyd edək ki, ilk oyunda 1:3 hesabı ilə uduzan “Çelsi” mübarizəni dayandırıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts