Budapeştdə biznes forumda Azərbaycandakı investisiya imkanlarından danışılıb

Tokio, 19 mart , /AJMEDIA/

Martın 18-də Macarıstanın paytaxtı Budapeştdə “Doing Business in Azerbaijan” (“Azərbaycanda sahibkarlıq”) mövzusunda biznes forum keçirilib.

AJMEDIA xəbər verir ki, tədbir Azərbaycan Respublikasının Macarıstandakı səfirliyi tərəfindən Azərbaycanın Mərkəzi Avropa ölkələrindəki ticarət nümayəndəsinin aparatı və Macarıstanın İxracın Təşviqi Agentliyi (HEPA) ilə birgə təşkil olunub.

Forumda Azərbaycanın Macarıstandakı səfiri Tahir Tağızadə giriş nitqi ilə çıxış edərək ölkənin son illərdəki iqtisadi uğurlarından və əlverişli investisiya mühitindən danışıb.

Sonra Macarıstan Xarici İşlər və Ticarət Nazirliyinin dövlət katibinin müavini Katalin Bihari forum iştirakçılarını salamlayıb. Daha sonra Azərbaycanın Mərkəzi Avropa ölkələrindəki ticarət nümayəndəsi Nemat Nağdaliyev və ticarət nümayəndəsinin baş məsləhətçisi Mirzə Ələkbər Babayev məruzələrlə çıxış ediblər.

Təqdimatlar zamanı Azərbaycanda investisiya imkanlarından danışılıb, ölkədə yaradılan sənaye parkları və işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı tikinti-bərpa işləri barədə məlumat verilib.

Biznes forumda həm Macarıstan, həm də qonşu ölkələrin işgüzar dairələrinin nümayəndələri iştirak ediblər

Follow us on social

Facebook Twitter Youtube

Related Posts