Bu il 110-a yaxın kənd və yeni yaşayış massivinin qazlaşdırılması nəzərdə tutulur

Tokio, 10 yanvar, /AJMEDIA/

Bu il 110-a yaxın kənd və yeni yaşayış massivinin qazlaşdırılması nəzərdə tutulur.

AJMEDIA xəbər verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyinin (İB) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev məlumat verib.

Qeyd edək ki, qazlaşma proqramı “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində maliyyə imkanlarına uyğun olaraq mərhələli şəkildə həyata keçirilir. Ötən il Azərbaycanın müxtəlif rayon və şəhərlərində ümumilikdə 100-ə yaxın yeni yaşayış massivi qazlaşdırılıb. Qurumun təşəbbüsü ilə 200-dən artıq şəhid ailəsinin və müharibə iştirakçısının fərdi yaşayış evi İB-in daxili imkanları hesabına qazlaşdırılıb. Cari ilin yanvarın 1-nə respublikada mənzillərin və fərdi evlərin qazlaşdırılması səviyyəsi 96,3 faizə çatıb. Son 10 ildə respublikamızda 1554 kənd və qəsəbə təbii qazla təmin olunub.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts