Tokio, 11 Sentyabr, /AJMEDIA/
Sentyabrın 11-də futbol üzrə Azərbaycan Premyer Liqasında III tura start veriləcək.
AJMEDIA xəbər verir ki, turun oyunları iki gün ərzində keçiriləcək.
Turun saat 18:00-da başlayacaq birinci görüşündə “Sabah” və “Qəbələ” komandaları üz-üzə gələcəklər. Üçüncü turun birinci gününə saat 20:15-də oynanılacaq “Keşlə” – “Zirə” matçı ilə yekun vurulacaq. Qarşılaşma “ASCO Arena”da keçiriləcək.
Turun sentyabrın 12-də keçiriləcək digər oyunlarında “Səbail” klubu “Sumqayıt”, “Neftçi” isə “Qarabağ”ı qəbul edəcək.