Bu gün Azərbaycan Premyer Liqasında XXXIV tura yekun vurulacaq

Tokio, 17 may , /AJMEDIA/

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXXIV tura yekun vurulacaq.
AJMEDIA xəbər verir ki, təxirə salınmış oyunda “Sumqayıt” komandası “Sabah”ı qəbul edəcək.
Hazırda paytaxt klubu 77 xalla turnir cədvəlində ikinci, “Sumqayıt” isə 28 xalla səkkizinci pillədə qərarlaşıb.
“Kapital Bank Arena”da keçiriləcək matç saat 19:30-da başlayacaq.
Bu görüş “Sabah”ın Türkiyənin “Beşiktaş” komandası ilə keçirdiyi xeyriyyə matçına (3:3) görə təxirə salınıb.
Xatırladaq ki, turun əvvəlki oyunlarında “Zirə” evdə “Kəpəz”lə, “Neftçi” “Şamaxı” ilə 1:1 hesablı sülhə razılaşıb, “Turan Tovuz” Qəbələdə eyniadlı komandanı 2:1, “Qarabağ” isə səfərdə “Səbail”i 3:0 hesabı ilə məğlub edib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts