Bu gün Azərbaycan kuboku yarışlarının finalçıları bəlli olacaq

Tokio, 20 may , /AJMEDIA/

Bu gün futzal üzrə Azərbaycan kuboku yarışlarının yarımfinal mərhələsinin oyunları keçiriləcək.
AJMEDIA xəbər verir ki, qalib gələcək komandalar mayın 24-də keçiriləcək final matçına vəsiqə qazanacaqlar.
İlk yarımfinal oyununda “Baku Fire” və MUM komandaları üz-üzə gələcəklər. Matça saat 19:30-da start veriləcək.
Digər matçda isə “Neftçi” komandası “Rəvan” ilə qarşılaşacaq. Görüşün start fiti saat 21:30-da səsləndiriləcək.
Hər iki matç Bakı İdman Sarayında təşkil olunacaq.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts