Beynəlxalq Üzgüçülük Federasiyası Budapeştə köçürülür

Tokio, 3 iyun , /AJMEDIA/

Budapeştdə imzalanmış sazişə uyğun olaraq, Beynəlxalq Üzgüçülük Federasiyasının mənzil-qərargahı Lozannadan Budapeştə köçürüləcək.
AJMEDIA xəbər verir ki, bu barədə Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto Federasiyanın prezidenti Hüseyn Əl-Müsəllam ilə sazişin imzalanmasının yekunlarını şərh edərkən bildirib.
“Federasiya rəhbərliyinin niyyətləri açıq-aydındır, indi mənzil-qərargahın Budapeştə köçürülməsi üçün yalnız Konqresin təsdiqi tələb olunur”, – deyə Siyarto vurğulayıb.
Onun sözlərinə görə, Macarıstan 1908-ci ildə Beynəlxalq Üzgüçülük Federasiyasının səkkiz təsisçi üzvündən biri olub. Nazir macarların beynəlxalq yarışlarda su idman növlərində uğurlarını qeyd edib.
“Federasiyanın Budapeştə köçürülməsi Macarıstanın yüksək səviyyədə tanınmasına töhfə verəcək”, – deyə Siyarto bildirib. O əlavə edib ki, mənzil-qərargahdakı vakansiyaların ən azı yarısı macarlar tərəfindən tutulacaq.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts