Bakıdakı Dünya Kubokunda üçüncü günün medalçıları məlum olub

Tokio, 9 mart , /AJMEDIA/

Bakıda keçirilən idman gimnastikası üzrə Dünya Kubokunun üçüncü gününə yekun vurulub.

AJMEDIA xəbər verir ki, döşəmə, tumarla tullanma və paralel qollarla hərəkətdə medalçılar məlum olub.

Neytral statusda çıxış edən Yeqor Şarmakov döşəmə hərəkətlərində qızıl, yaponiyalı idmançı Kazuki Minami gümüş, filippinli Karlos Adriel Yulo bürünc medala layiq görülüb.

Qadınlar arasında tumarla tullanmada bolqarıstanlı gimnast Valentina Georgiyeva birinci yerə layiq görülüb. Şimali Koreyalı Çanq-Ok An gümüş, panamalı Karla Navas bürünc medal əldə edib.

Kişilər arasında paralel qollarda ukraynalı İlya Kovtun qızıl medal qazanıb. Zinqyuan Çjou ikinci, kolumbiyalı Anxel Barajas isə üçüncü olub.

Qeyd edək ki, “Paris-2024” Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyan yarışda 67 ölkədən ümumilikdə 300-dək kişi və qadın gimnast qüvvəsini sınayır.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts