Bakıda “Wings for life world run” xeyriyyə qaçışı təşkil olunacaq

Tokio, 6 may , /AJMEDIA/

Mayın 7-də Dövlət Bayrağı Meydanında “Wings for life world run” xeyriyyə qaçışı təşkil olunacaq.
AJMEDIA xəbər verir ki, qaçışdan əldə olunan ianələr onurğa sütununda yaranan problemlərin araşdırılmasına sərf olunacaq.
Qaçışa qoşulmaq üçün www.wingsforlifeworldrun.com saytından qeydiyyatdan keçərək qaçış nömrəsi almaq və “Wings for life world run” tətbiqini telefona yükləmək lazımdır.
Bütün dünyadan bu qaçışa qoşulan hər kəs eyni gündə və saatda qaçacaq.
Qaçışı fərqləndirən digər cəhət isə burada finiş xəttinin olmamasıdır. Qaçışa qoşulan hər bir kəs qaça bildiyi qədər məsafəni qeyd edə və qaça bilər.
Telefona yüklənən tətbiqdə qaçış günü start düyməsini sıxan kimi virtual tutucu maşın iştirakçını izləməyə və ona çatmağa çalışır. İştirakçının əsas məqsədi isə virtual tutucu maşının onu çatmazdan əvvəl qoyduğu hədəfə çatmaq və qaçışı tamamlamaqdır. Əgər virtual tutucu maşın iştirakçıya çatarsa telefona səsli bildiriş gələcək və qaçış tamamlanacaq.
“Wings for life world run” 2014-cü ildən keçirilir və qlobal qaçışdır.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts