Bakıda ilk dəfə keçirilən şaquli qaçış üzrə yarışın qalibləri müəyyənləşib

Tokio, 19 aprel , /AJMEDIA/

Bakıda ilk şaquli qaçış yarışı təşkil olunub. Çoxmərtəbəli tikililərdə qaçmağı əhatə edən bu idman növündə yarışlar adətən göydələnlərin daxili pilləkənlərində keçirilir, lakin bu yarış hündürlüyə qalxan istənilən qaçış növünü əhatə edə bilər.
AJMEDIA xəbər verir ki, yarış “Triterra” klub və Azərbaycan Triatlon Federasiyasının təşkilatçılığı ilə “Çinar Plaza”da keçirilib. Yarışda 23 iştirakçı mübarizə aparıb. Onlar 32 mərtəbə, 660 pilləkənlə 122 metr yüksəkliyə qalxaraq yarışıblar.
Kişilər arasında Cəlal Süleymanov (3 dəqiqə 52 saniyə) qalib gəlib. Denis Karçaşkin yarışı ikinci (4 dəqiqə 40 saniyə), Aleksandr Dorofeyev (5 dəqiqə 5 saniyə) isə üçüncü pillədə başa vurublar.
Qadınların mübarizəsində isə ilk üç yeri müvafiq olaraq, Marina Belan (5 dəqiqə 29 saniyə), Rəbiyyə Orucova (5 dəqiqə 43 saniyə) və Natalya Mordasova (6 dəqiqə 40 saniyə) tutublar.
Qaliblərin mükafatlandırılması mərasimində gənclər və idman naziri Fərid Qayıbov da iştirak edib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts