Bakıda bədii gimnastika üzrə 39-cu Avropa çempionatı davam edir

Tokio, 20 may , /AJMEDIA/

Bakıda bədii gimnastika üzrə 39-cu Avropa çempionatı davam edir.
AJMEDIA xəbər verir ki, çempionatın dördüncü günündə gimnastlar fərdi və qrup hərəkətləri proqramında mübarizə aparacaqlar.
Yarışda ölkəmizi fərdi növdə Zöhrə Ağamirova təmsil edəcək.
Bu gün gimnastlar fərdi proqramda çoxnövçülük üzrə öz aralarında qalibi müəyyən edəcəklər.
Böyüklərdən ibarət qrup komandalar isə 5 top, 3 lent və 2 topla təsnifat yarışında mübarizə aparacaqlar. Turnirdə Azərbaycan komandası da gücünü sınayacaq.
“Ulduz kimi parla” şüarı ilə keçirilən qitə çempionatında 38 ölkədən 315 gimnast (böyüklər – 191, gənclər 124) mübarizə aparacaq. Fərdi gimnastlar ayrı-ayrı alətlər (top, halqa, gürzlər, lent), komanda hesabı və çoxnövçülük proqramında çıxış edəcəklər. Qrup hərəkətləri üzrə komandalar böyüklər arasında beş halqa, üç lent və iki top ilə yarışlarda güclərini sınayacaqlar.
Xatırladaq ki, gənclərdən ibarət qrup komandamız çempionatın ilk günündə çoxnövçülükdə və beş topla yarışlarda bürünc medal qazanıb.
Yarışa mayın 21-də yekun vurulacaq.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts