Bakıda Azərbaycan-Xorvatiya biznes-forumu keçirilir

Tokio, 12 mart , /AJMEDIA/

Bakıda İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO və Xorvatiya İqtisadiyyat Palatasının birgə təşkilatçılığı ilə Bakıda Azərbaycan-Xorvatiya biznes-forumu keçirilir.

AJMEDIA xəbər verir ki, tədbirdə çıxış edən mədəniyyət nazirinin müavini Fərid Cəfərov Azərbaycan ilə Xorvatiya arasında siyasi əlaqələrin dostluq və ortaq maraqlar əsasında inkişaf etdiyini vurğulayaraq, bu münasibətlərin iqtisadi müstəvidə də əks olunması üçün sahibkarlar arasında əlaqələrin qurulması və bu istiqamətdə proseslərin intensivləşdirilməsinin vacibliyini ifadə edib. Nazir müavini forumun qarşılıqlı investisiyaların təşviqi sahəsində irəliləyişin əldə olunmasına müsbət təsir göstərəcəyini bildirib.

Xorvatiyanın Azərbaycandakı səfiri Branko Zebiç və Azərbaycanın Xorvatiyadakı səfiri Anar İmanov ticarət və investisiyalar, o cümlədən kənd təsərrüfatı və energetika sahələrində iki ölkə arasında müxtəlif istiqamətlər üzrə potensialın mövcudluğunu qeyd ediblər. Bildirilib ki, müxtəlif formatlarda keçirilən görüşlər və tədbirlər işgüzar dairələr arasında əməkdaşlığın möhkəmlənməsinə böyük töhfə verəcək.

Forumda ölkələr arasında ticarət və investisiya tərəfdaşlığının inkişafı imkanlarına dair müzakirələr aparılır, sahibkarlar arasında ikitərəfli görüşlər keçirilir.

Tədbirdə dövlət rəsmiləri ilə yanaşı, qida sənayesi, tikinti, ticarət, energetika sahələrində fəaliyyət göstərən 40-dan çox şirkət nümayəndəsi iştirak edir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts