Badmintonçumuz Avropa Oyunlarına qələbə ilə start verib

Tokio, 26 iyun , /AJMEDIA/

Badmintonçumuz Edi Reski Dviçayo Polşada keçirilən III Avropa Oyunlarında ilk görüşünə çıxıb.
AJMEDIA xəbər verir ki, təmsilçimiz kişi badmintonçuların şəxsi yarışında “G” qrupunun ilk turu çərçivəsində İspaniya idmançısı Luis Enrike Penalverlə qarşılaşıb.
Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən qarşılaşma 3 set davam edib. İlk setdə rəqibini 21:16 hesabı ilə üstələyən badmintonçumuz ikinci seti 17:21 hesabı ilə geridə bitirib. Həlledici üçüncü setdə “Top 70″də yer alan Luis Enrike ilə görüşdə dominantlıq edən badmintonçumuz yekunda 21:14 hesablı qələbə qazanaraq ilk görüşündən qələbə ilə ayrılıb.
Qeyd edək ki, III Avropa Oyunlarının proqramına daxil olan badminton yarışları qitə çempionatı statusu daşıyır.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts