Bədii gimnastlarımız Misirdə üç medal qazanıblar

Tokio, 12 iyun , /AJMEDIA/

Azərbaycanın bədii gimnastları Misirin paytaxtı Qahirədə keçirilən “Pharaohs Cup” turnirində 3 medal qazanıblar.
AJMEDIA Azərbaycan Gimnastika Federasiyasına istinadla xəbər verir ki, gənc idmançılar Gövhər İbrahimova, Səkinəxanım İsmayılzadə, Mədinə Aslanova, İlahə Bahadırova, Ayan Sadıqova və Zəhra Cəfərovadan ibarət qrup komandası 5 ip və 5 topla hərəkətlərin icrasında ikinci olub.
Gimnast Nuray Əhmədzadə isə lentlə fərdi hərəkətlərdə bürünc medala sahib çıxıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts