AzMİU ilə Milan Politexnik Universiteti arasında ikili diplom proqramı üzrə müqavilə imzalanıb

Tokio, 16 iyun , /AJMEDIA/

İtaliyada elmi ezamiyyətdə olan Azərbaycan Memarlıq və İnşaaat Universitetinin (AzMİU) rektoru professor Gülçöhrə Məmmədova Romualdo Del Bianko Fondunun direktoru Paolo Del Bianko ilə görüşüb.
AzMİU-dan AJMEDIA-ya bildirilib ki, görüşdə əməkdaşlıq perspektivləri və birgə layihələr barədə fikir mübadiləsi aparılıb. Milan Politexnik Universitetində keçirilən növbəti görüşdə əməkdaşlığın yeni istiqamətləri ilə bağlı geniş müzakirələr aparılıb, yeni razılaşmalar əldə olunub. AzMİU ilə İtaliyanın Milan Politexnik Universiteti arasında magistratura səviyyəsində ikili diplom proqramı haqqında müqavilə bağlanıb. Abidələrin bərpası və rekonstruksiyası ixtisasını əhatə edən müqavilə növbəti tədris ilindən qüvvəyə minəcək. Görüşdə sənədin hər iki tərəf üçün faydalı olacağı vurğulanıb, ölkələrimiz arasında da əməkdaşlığın inkişafına töhfə verəcəyinə əminlik ifadə edilib.
Daha sonra Gülçöhrə Məmmədova Milan Politexnik Universitetinin kampusu və laboratoriyaları ilə tanış olub.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts