“AzerGold” qızıl və gümüş hasilatını artırıb

Tokio, 14 mart , /AJMEDIA/

“AzerGold” QSC ötən il yataqların mineral-xammal resurslarından istifadənin səmərəliliyinin yüksəldilməsi və istehsalat proseslərinin optimallaşdırılması üzrə fəaliyyətini uğurla davam etdirib.
QSC-dən AJMEDIA-ya bildirilib ki, hesabat ilində hasilat göstəriciləri 62.1 min unsiya qızıl, 223.1 min unsiya gümüşə çatdırılıb. Beləliklə, 2021-ci illə müqayisədə 2022-ci ildə qızıl hasilatı 524 unsiya (0.9 faiz), gümüşdə 88.6 min unsiya (65.9 faiz) çox olub. 2017–2022-ci illər üzrə cəmi göstərici isə 318 min unsiya qızıl və 711 min unsiya gümüş təşkil edib.
2023-cü ildə isə 62.5 min unsiya qızıl, 108.3 min unsiya gümüşün hasil edilməsi hədəf olaraq müəyyənləşdirilib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts