Azərbaycanlı elm adamının adı “Dünyanın ən nüfuzlu alimləri”nin siyahısına daxil edilib

Tokio, 16 oktyabr , /AJMEDIA/

Azərbaycanlı alimin adı Hollandiyanın elmi, texniki və tibbi məzmunda ixtisaslaşmış “Elsevier” nəşriyyat şirkəti tərəfindən hər il dərc edilən “Dünyanın ən nüfuzlu alimləri”nin siyahısına daxil edilib. Siyahı ABŞ-ın Stenford Universitetinin alimləri tərəfindən tərtib olunub.
AJMEDIA xəbər verir ki, “Karyera boyu təsir” və “İllik təsir” kateqoriyaları üzrə hazırlanan siyahıda alimlərin ixtisaslı nəşrlərinin sayı, bu məqalələrin dərc olunduğu mətbu orqanın dünyada vacibliyi, alimlər tərəfindən alınan patentlərin miqdarı kimi bir çox amillər əsas götürülüb.
Universitetin son siyahısında həmyerlimiz, Türkiyənin Süleyman Dəmirəl Universitetinin professoru Abdulla Sofiyevin (Avey) adı dünya azərbaycanlıları üzrə ən nüfuzlu 200 alim sırasında ilk yerdədir.
Qeyd edək ki, siyahılardakı adlar alimlərin fəaliyyətlərinə görə əldə olunan göstəricilərə əsasən sıralanıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts