Azərbaycanla Tacikistan arasında əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub

Tokio, 5 Noyabr, /AJMEDIA/

Azərbaycanın Tacikistandakı səfiri Əlimirzamin Əskərov ilə bu ölkənin sənaye və yeni texnologiyalar naziri Şerali Kabir arasında görüş keçirilib.

AJMEDIA xəbər verir ki, görüşdə yüngül, yeyinti sənayesi, neft-kimya, geologiya, əlvan metalların emalı, hidroenergetika, kənd təsərrüfatı məhsullarının emalı və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub.

Azərbaycan investisiyalarının Tacikistan iqtisadiyyatına cəlb edilməsi, bu ölkəyə məxsus yüklərin Azərbaycan ərazisindən daşınması və s. sahələrə dair fikir mübadiləsi aparılıb.

Görüşdə hüquq-müqavilə bazasının genişləndirilməsi, iqtisadi tərəfdaşlığın inkişafı istiqamətləri, investisiya qoyuluşu, birgə müəssisələrin yaradılması və qarşılıqlı maraq doğuran başqa məsələlər müzakirə edilib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts