Azərbaycanın Zəfər Günü Yeni Zelandiyada qeyd edilib

Tokio, 10 noyabr , /AJMEDIA/

Yeni Zelandiyanın Tauranqa şəhərində Azərbaycanın 8 Noyabr – Zəfər Günü münasibətilə təqdimat keçirilib.
AJMEDIA xəbər verir ki, Tauranqa şəhərində yaşayan soydaşımız Jalə Pariyabın təşəbbüsü ilə keçirilən təqdimat Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Təqdimat zamanı iki il öncə xalqımızın həyatında əlamətdar hadisənin baş verdiyi, Azərbaycanın əzəli torpağı olan Qarabağın işğaldan azad edildiyi xatırladılıb. Bildirilib ki, o vaxtdan noyabrın 8-i ölkəmizdə və bütün dünyada yaşayan azərbaycanlılar tərəfindən Zəfər Günü kimi bayram edilir. Sülhsevər Azərbaycan xalqının qədim tarixə, zəngin mədəniyyətə, adət-ənənələrə, multikultural dəyərlərə malik olduğu, ölkəmizin füsunkar təbiətinin buraya gələnləri heyran etdiyi məktəbin müəllim və şagird heyətinin nəzərinə çatdırılıb.
Tədbirə övladları ilə birlikdə milli geyimdə qatılan Jalə Pariyab məktəblilərə xalqımızın birlik və həmrəylik rəmzi olan “Yallı” xalq rəqsini öyrədib, milli mətbəx nümunələrimizin hazırlanması qaydalarını nümayiş etdirib. Azərbaycana həsr olunmuş rəsmlərini təqdim edən məktəblilər böyük həvəslə rəqs edərək, qutabın hazırlanması prosesini müşahidə ediblər.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts