Azərbaycanın stolüstü tennisçiləri Qazaxıstanda səs veriblər

Tokio, 7 fevral , /AJMEDIA/

Qazaxıstanın Almatı şəhərində təlim-məşq toplanışında olan stolüstü tennisçilərdən ibarət Azərbaycan milli komandasının üzvləri və baş məşqçisi prezident seçkiləri ilə bağlı səsvermədə iştirak ediblər.

Federasiyadan AJMEDIA-ya verilən məlumata görə, onlar Azərbaycanın Qazaxıstandakı səfirliyinin Almatı şəhərində yerləşən nümayəndəliyində təşkil edilən səsverməyə qatılıblar.

Qeyd edək ki, prezident seçkiləri ilk dəfə olaraq Azərbaycanın bütün suveren ərazisində keçirilir. Seçkilərdə 7 namizəd mübarizə aparır. Hazırda Azərbaycanda səsvermə hüququ olan vətəndaşların sayı 6 milyon 478 min 623 nəfərdir. Seçki prosesini 790 beynəlxalq müşahidəçi izləyir. Onlar 72 beynəlxalq təşkilatı və 89 ölkəni təmsil edirlər. Yerli müşahidəçilərin ümumi sayı isə 90 minə yaxındır. Seçkiləri 109 beynəlxalq media qurumunun 216 təmsilçisi işıqlandırır. Səsvermə saat 19:00-da başa çatacaq

Follow us on social

Facebook Twitter Youtube

Related Posts