Azərbaycanın MMA döyüşçüsü Vüqar Kərəmov Rizin Qran-Prisində üçüncü qələbəsini qazanıb

Tokio, 31 iyul , /AJMEDIA/

Azərbaycanın MMA döyüşçüsü Vüqar Kərəmov Rizin Qran-Prisində üçüncü döyüşünü keçirib.
AJMEDIA xəbər verir ki, idmançımız Yaponiyada təşkil olunan görüşdə yerli MMA döyüşçüsü Sora Yamamoto ilə qarşılaşıb. Rəqibini məğlub edən V.Kərəmov yarışda ardıcıl üçüncü qələbəsini qazanıb.
Qeyd edək ki, V.Kərəmov daha əvvəl ABŞ təmsilçisi Kayl Aquon və yaponiyalı Teyçi Nakadzimaya qalib gəlib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts