Azərbaycanın iki qılıncoynadanı Avropa Oyunlarının pley-off mərhələsinə yüksəlib

Tokio, 25 iyun , /AJMEDIA/

Azərbaycan qılıncoynadanları Polşada keçirilən III Avropa Oyunlarında mübarizəyə başlayıblar.
AJMEDIA xəbər verir ki, sablyaçılarımız Murad Əkbərov və Saleh Məmmədov qrup mərhələsini uğurla başa vurublar.
Hər iki təmsilçimiz qrupda 2 qələbə qazanaraq, pley-off mərhələsinə vəsiqə qazanıb. Onlardan fərqli olaraq, Maqsud Hüseynli ilə Ayxan Xasıyev mübarizəni erkən dayandırıblar.
Murad Əkbərov pley-offda ispaniyalı İnyaki Bravo ilə üz-üzə gələcək. Saleh Məmmədovun bu mərhələdəki rəqibi isə Polşa idmançısı Pyotr Şçepanik olacaq.
Hər iki sablyaçımız Bakı vaxtı ilə saat 16:40-da mübarizə aparacaq.
İyulun 2-dək davam edəcək III Avropa Oyunlarında 48 ölkədən 7 minə yaxın idmançı mübarizə aparacaq. İdmançılar 29 növ üzrə 253 dəst medalın sahibini müəyyənləşdirəcək. Azərbaycan Krakov-2023-də 13 növ üzrə 86 idmançı ilə təmsil olunur.
Tarixdə ilk Avropa Oyunları 2015-ci ildə Bakıda, ikinci multiidman tədbiri 2019-cu ildə Minskdə baş tutub. Azərbaycan millisi bu yarışlarda 84 medal qazanıb. İdmançılarımız 26 qızıl, 25 gümüş və 33 bürünc mükafat əldə edib. Komandamız medal sıralamasında “Bakı-2015”də 2-ci, “Minsk-2019”da 10-cu yeri tutub.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts