Azərbaycanın daha bir atıcısı beynəlxalq turnirdə qızıl medal qazanıb

Tokio, 22 mart , /AJMEDIA/

Azərbaycan atıcısı Zeynəb Sultanova Almaniyanın Dortmund şəhərində keçirilən “ISAS-2024” beynəlxalq turnirində qızıl medal qazanıb.

AJMEDIA xəbər verir ki, o, qızlar arasında 25 metr məsafədə kiçik çaplı tapançadan sürətli atəş üzrə yarışda buna nail olub.

Qeyd edək ki, daha əvvəl 10 metr məsafəyə pnevmatik tapançadan atəş üzrə qarışıq komanda yarışında Nigar Nəsirova-Ruslan Lunyov tandemi qızıl, Elvin Astanov-Xanna Əliyeva cütlüyü gümüş mükafata sahib çıxıb. Qadınlar arasında pnevmatik tapançadan atəş üzrə yarışda Xanna Əliyeva ikinci, kişilər arasında 25 metr məsafəyə kiçik çaplı tapançadan sürətli atəş üzrə yarışda Ruslan Lunyov üçüncü yeri tutublar.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts