Azərbaycan Yaponiyada “Expo 2025” sərgisində iştirak edəcək

Tokio, 12 mart , /AJMEDIA/

Azərbaycan gələn il Yaponiyada “Expo 2025” sərgisində iştirak edəcək.

İxracın və İnvestisiyaların Təşviqi Agentliyindən (AZPROMO) bildirilib ki, qurumun nümayəndə həyətinin “FOODEX Japan 2024” sərgisi ilə bağlı Tokio şəhərinə səfəri çərçivəsində Yaponiyanın Xarici Ticarət Təşkilatında (JETRO) görüş keçirilib.

Görüşdə qurumların fəaliyyət istiqamətləri haqqında məlumat verilib, ölkələrimiz arasında iqtisadi əlaqələrin inkişafı barədə fikir mübadiləsi aparılıb, növbəti ilin aprel-oktyabr aylarında Yaponiyanın Osaka şəhərində baş tutacaq “Expo 2025” sərgisində Azərbaycan şirkətlərinin geniş iştirakı müzakirə olunub.

Bundan başqa, görüşdə ölkəmizin investisiya və ixrac imkanları qarşı tərəfin diqqətinə çatdırılıb, JETRO-nun qlobal və Yaponiya ofisləri ilə bu xüsusda məlumat mübadiləsinin aparılmasına dair razılıq əldə olunub.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts