Azərbaycan Premyer Liqasının ötən mövsümündə 31 oyunda böyük hesablı nəticə qeydə alınıb

Tokio, 19 iyun , /AJMEDIA/

Futbol üzrə Azərbaycan Premyer Liqasının 2022-2023-cü il mövsümündə 31 oyunda böyük hesablı nəticə qeydə alınıb.
AJMEDIA Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, 16 dəfə meydan sahibləri, 15 dəfə qonaqlar üç və ya daha çox top fərqi ilə qalib gəliblər.
Ən böyük hesablı qələbə 6 top fərqilə olub və 3 dəfə qeydə alınıb. Bunların birində 7:1, ikisində 6:0 hesabına təsadüf olunub. “Qarabağ” yeddinci turda “Zirə”ni 7:1, 27-ci turda “Sumqayıt”ı 6:0 hesabı ilə üstələyib. Sonuncular “Sabah”dan da 6 cavabsız qol buraxıblar. Bu görüşlərin üçündə də qonaq komanda qalib gəlib.
Öz meydanında ən böyük hesablı qələbə doqquzuncu turda “Kəpəz”i qəbul edən “Sabah”ın hesabındadır – 5:0. “Qarabağ” hamıdan çox – 10 belə qalibiyyət alıb. “Sabah”ın 8, “Neftçi”nin 7 qələbəsi 3 və ya daha çox top fərqilə olub. “Zirə” 2, “Kəpəz”, “Qəbələ”, “Səbail” və “Turan Tovuz”un hərəyə 1 uğuru var. “Sumqayıt”la “Şamaxi” isə belə qələbə qazanmayıb.
Böyük hesabla uduzmayan komandaların da sayı ikidir. Bunlar “Qarabağ” və “Sabah”dır. “Sumqayıt” 8, “Səbail” 6, “Kəpəz” 5, “Şamaxı”4 “Neftçi”, “Qəbələ”, “Turan Tovuz” və “Zirə” hərəyə 2 ağır məğlubiyyətlə üzləşib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts