Azərbaycan pəhləvanı dünya rekordunu qırıb

Tokio, 2 aprel , /AJMEDIA/

Azərbaycan pəhləvanı Vüsal Cavadov dünya rekordunu qırıb.

AJMEDIA xəbər verir ki, o, bunun üçün müxtəlif hərəkətlərdə gücünü sınayıb.

İdmançı ilk olaraq şüşə qırıntıları üzərinə çıxaraq bıçaqdan asılı olan 33 kiloqram ağırlığında çəki daşlarını qaldırıb. Sonra pəhləvan ağzında iti bıçağın kəsici tərəfi ilə avtomobili dartıb. Bununla da V.Cavadov yeni dünya rekorduna imza atıb.

“Ginnes” rekordçuları və Dünya Rekordlar Federasiyasının nümayəndələri prosesi qeydə aldıqdan sonra təsdiqləyiblər.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts