Azərbaycan millisinin sabiq üzvü yenidən Ukrayna Premyer Liqasında çıxış edəcək

Tokio, 20 iyul , /AJMEDIA/

İyirmi bir yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin sabiq üzvü Dmitri Nağıyev yenidən Ukrayna Premyer Liqasında çıxış edəcək.
AJMEDIA xəbər verir ki, 28 yaşlı sağ cinah müdafiəçisi “Obolon”la anlaşıb.
Dmitri Nağıyev yeni komandası ilə birillik müqavilə imzalayıb. Oyunçu “Obolon”da 33 nömrəli formanı geyinəcək.
Qeyd edək ki, Ukraynanın “Dnepr” klubunun yetirməsi olan futbolçu 2021-2022-ci illərdə “Sumqayıt”ın formasını geyinib. Onun sonuncu komandası Ukraynanın birinci liqa təmsilçisi “İnqulets” olub.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts