Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsində ilk qələbəsini qazanıb

Tokio, 1 Dekabr, /AJMEDIA/

Qadın futbolçulardan ibarət Azərbaycan milli komandası dünya çempionatının seçmə mərhələsində bu gün növbəti oyununu keçirib.

AJMEDIA xəbər verir ki, “Dalğa Arena”da Monteneqro millisi ilə qarşılaşan komandamız 1:0 hesabı ilə qələbə qazanıb.

Millimizin qolunu oyunun 24-cü dəqiqəsində Ayşən Əhmədova vurub.

Qeyd edək ki, millimiz daha əvvəl Danimarka (0:8), Malta (1:2) və Monteneqroya (0:2) məğlub olub. Rusiya seçməsi ilə keçirilən hər iki görüşdə təmsilçimiz uduzub – 0:2 və 0:4.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts