Azərbaycan Kubokunda ilk yarımfinalçı məlum olub

Tokio, 8 fevral , /AJMEDIA/

Futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinin cavab oyunlarına start verilib.

AJMEDIA xəbər verir ki, açılış matçında “Zirə” “Səbail”i qəbul edib. Zirə İdman Kompleksinin stadionunda oynanılan görüş meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatıb. Qolları Abbas İbrahim, Rəhim Sadıxov və Rafael Utziq vurublar.

İlk oyunda rəqibini 2:1 hesabı ilə məğlub etmiş “Zirə” iki görüşün nəticəsinə əsasən yarımfinala yüksəlib.

Günün digər qarşılaşması Tofiq Bəhramov adına Respublika Stadionunda “Qarabağ” və “Sabah” komandaları arasında olacaq. Oyun saat 20:00-da başlayacaq. İlk matçda Ağdam klubu 7:1 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, 1/4 final mərhələsinin digər cavab oyunları isə fevralın 9-da keçiriləcək. “Qəbələ” öz meydanında “Araz-Naxçıvan”la, “Neftçi” isə “Sumqayıt”la qarşılaşacaq.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts